"Qəbələ"də daha iki itki

17:50 14 Mart 2017

“Qəbələ”nin iki futbolçusu Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Neftçi”yə qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, söhbət Rəşad Sadiqov və Ruslan Qurbanovdan gedir. Sadiq dünənki məşqdə ayağından xəsarət alıbsa, Qurbanovun yüksək hərarəti var. Hər iki futbolçunun "Neftçi”yə qarşı oynamayacağı dəqiqləşib.

 

Qeyd edək ki, “qırmızı-qaralar”da Rasim Ramaldanov, Vitali Vernidub və Elvin Camalov da zədə səbəbindən bu matçı buraxmalı olacaq.


Digər xəbərlər

Xəbər xətti