Ronaldinyo "Qəbələ" ilə müqavilə imzalayacaq

18:21 14 Mart 2017

Ötən ilin oktyabrında paytaxtımızın qonağı olan Ronaldinyo Bakıda açılması nəzərdə tutulan futbol məktəbi ilə bağlı sabah Dubayda "Qəbələ" ilə müqavilə imzalayacaq.

 

Sportarena.az xəbər verir ki, hazırda “Qəbələ” rəsmiləri də sözügedən məsələ ilə əlaqədar Dubaydadılar. Sabah tərəflər arasında 2 illik müqavilə imzalanacaq. “Qırmızı-qaralar”ı klubun vitse-prezidenti Fariz Nəcəfov, Futbol Akademiyasının direktor müavini Nail Kərimov, Media və Marketinq direktoru Səməd Nəsibov, kommersiya direktoru Mustafa Aztopal təmsil edəcək.

 

İmza mərasimi “Burc əl Ərəb” otelində baş tutacaq. Bundan başqa, Bakıdakı məktəb haqqında reklam roliki də çəkiləcək.


Digər xəbərlər

Xəbər xətti