"Bunu da gördük" - Qurban Qurbanov - AÇIQLAMA

20:51 14 Mart 2017

"Futbolçularımı təbrik edirəm. Çətin qələbə qazansaq da, oyundan razı qaldım. AZAL təkcə müdafiə olunmayı yox, topla yaxşı davranmağı bacaran komandadır ki, bunu da gördük. AZAL hər bir komandaya çətin anlar yaşada bilər, hətta qələbə də qazana bilər. Qarşıdakı oyunlar daha çətin olacaq. Həmin matçlara hazırlaşmalıyıq".

 

Sportarena.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda AZAL-la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib. O, Qışda “Neftçi”dən transfer edilən Elşən Abdullayevi niyə oynatmadığı ilə bağlı sualı belə cavablandırıb:

 

"Elşən 8 ay futbol oynamadı. Bu, futbolçu üçün az müddət deyil. Bu yaşda ciddi zədə almaq hər futbolçuya asan olmur. Belə deyim, hazırda Elşənin oyun praktikası çatışmır. Onu əvəzedici komandada 90 dəqiqə oynatmağa çətinlik çəkirik. Əsas odur ki, zədələrdən uzaqlaşıb və qarşıdakı oyunlarda bizimlə olacaq".
 

Qurbanov görüşün tempinin aşağıda olması fikri ilə razılaşmayıb:

 

"Rəqib komanda müdafiə olunanda, hücumların sürəti görünmür. Yaxşı, 100 faizlik qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Məncə, futbolçular bu gün çox yaxşı oynadılar".


Xəbər xətti