"Futbolçularıma hər-hansı irad bildirə bilmərəm" - Tərlan Əhmədov - AÇIQLAMA

21:00 14 Mart 2017

"Çalışırdıq ki, yaxşı oynayıb, xal qazanaq. Artıq çempionatın sonuna yaxınlaşırıq. Komanda istəkli idi. Bir səhv istər-istəməz məğlubiyyətə gətirib çıxarır. İkinci hissədə oyunun gedişatını dəyiməyə çalışdıq, amma alınmadı".

 

Sportarena.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 22-ci turunda "Qarabağ"la oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib. O, çempionatda çəkindikləri komanda olmadığını bildirib:

 

"Çempionatın sonuna yaxınlaşsaq da, çəkindiyimiz komanda yoxdur. Qapımızda gördüyümüz qol da qeyri-adi idi. Oyuna görə futbolçularıma hər-hansı irad bildirə bilmərəm. Komandama bugünkü oyununa görə təşəkkür edirəm. Qarışıdan “Qəbələ” ilə oyunumuz gəlir. O oyuna hazırlaşacağıq".


Digər xəbərlər

Xəbər xətti