"Neftçi"nin oyunu qeyri-adi vaxtda - Yubileyinə görə

13:13 15 Mart 2017

Azərbaycan Premyer Liqasının 23-cü turunun oyun cədvəlini təqdim etmişdik. Dqiqət çəkən məqam martın 18-də keçiriləcək "Neftçi" - "İnter" oyunun başlama saatıdı - 19:37.

 

Sportarena.az xəbər verir ki, bu, həmin gün 80 yaşını qeyd edəcək "Neftçi" tərəfindən atılmış addımdı. Belə ki, "ağ-qaralar" Peşəkar Futbol Liqasına müraciət edərək matçın sözügedən saatda keçirilməsini istəyib. Qurum isə paytaxt klubunun təklifini müsbət cavablanıdırıb.

 

Qeyd edək ki, bir müddət əvvəl "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov saytımıza açıqlamasında klubun yubileyi münasibəti ilə bir sıra sürprizlərin və tədbirlərin planlaşdırıldığını bildirmişdi.

 

Əlavə edək ki, "Neftçi"nin əsası 1937-ci ilin martın 18-də qoyulub.


Xəbər xətti