"Neftçi" "Qəbələ"nin uğurlu seriyasını qırdı

15:50 15 Mart 2017

“Qəbələ” Azərbaycan çempionatlarında 200-cü səfər qolunu buraxıb. 

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 22-ci turunun “Neftçi” ilə matçında meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran top “qırmızı-qaralar” üçün mənfi mənada yubiley xarakteri daşıyıb. Namiq Ələsgərovun bu qolunadək “Qəbələ” rəqib meydanlarında 199 top buraxmışdı. Bu, səfərdəki 164-cü matça təsadüf edib. “Qəbələ” orta hesabla hər oyunda 1,22 topa üzülüb.

 

“Neftçi” ilə görüşdə buraxılan qolla Roman Qriqorçukun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 2017-ci ildə ilk dəfə uduzan əyalət təmsilçisi sonuncu dəfə 13-cü turda xalsız qalmışdı. Ötən il noyabrın 29-da keçirilən “Qarabağ”la səfər oyununda 1:2 hesabı ilə yenilən qəbələlilər 105 gündən sonra meydanı məğlub tərk edib. Bu müddətdə komanda 5 qələbə qazanıb və 3 heç-heçə edib. 


Digər xəbərlər

Xəbər xətti