“Qəbələ” Ronaldinyo ilə müqavilə imzaladı - 2 illik

17:17 15 Mart 2017

Ötən ilin sonlarında Bakıya səfər edən Braziliya millisinin sabiq üzvü Ronaldinyo Azərbaycanda futbol məktəbi açacaq.

 

Sportarena.az xəbər verir ki, bunun üçün braziliyalı bu gün "Qəbələ"ylə rəsmi müqavilə imzalayıb. İmzalama mərasimi Dubayın "Burc əl Ərəb" otelində baş tutub. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun iştirak etdiyi imzalama mərasimində tərəflər iki illik sözləşməyə qol çəkiblər.


Ronaldinyonun rəsmi "facebook" səhifəsi vasitəsiylə canlı yayımlanan tədbirdə çıxış edən klubun kommersiya direktoru Mustafa Aztopal qonaqlara Azərbaycanla bağlı məlumatlar çatdırıb.


Xəbər xətti