"Kataloniyanın İspaniyadan ayrılmasını istəməzdim" - Del Boske - AÇIQLAMA

17:47 15 Mart 2017

İspaniya millisinin sabiq baş məşqçisi Visente del Boske "Barselona"nın Çempionlar Liqasındakı əzmkarlığı və Kataloniyanın statusu barədə fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən təcrübəli mütəxəsis bunları deyib:

 

"Barselona"nın PSJ-ni keçməsi xoşuma gəldi. Onlara heyran qalmışdım. Luis Enrike bir çox titullar qazandı. Onun irsi unudulmayacaq. O, "Barsa"da həm futbolçu, həm də məşqçi kimi məhsuldar fəaliyyət göstərən şəxsdir.

 

Kataloniyanın İspaniyadan ayrılmasını istəməzdim. Əsas məsələ olmasa da, futbol bundan çox şey itirəcək. Bizim üçün fəalkət olacaq".


Digər xəbərlər

Xəbər xətti