"Sumqayıt"da bir itki

18:29 15 Mart 2017

Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Kəpəz"lə qarşılaşacaq "Sumqayıt" bir günlük istirahəti başa vurub.

 

Sportarena.az xəbər verir ki,  "kimyaçılar" bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığa start verib. "İnter"lə son qarşılaşmada zədə almış Mirabdulla Abbasov məşq prosesində iştirak etməyib. Daha çox taktiki gedişlər üzərində çalışan komanda iki tərəfli oyuna hazırlığı yekunlaşdırıb. 

 

"Kəpəz" - "Sumqayıt" oyunu martın 18-də saat 16:00-da Gəncə şəhər stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti