Ronaldinyo "Qəbələ" ilə müqavilə bağlamasından danışdı - "İstəyirəm ki..." - AÇIQLAMA

18:51 15 Mart 2017

Bu gün “Qəbələ” klubu ilə 2 illik müqavilə bağlayan Braziliya millisinin sabiq üzvü Ronaldinyo imzalama mərasimində açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, məşhur futbolçu “Qəbələ” ilə əməkdaşlığının uğurlu olacağına inandığını deyib:

 

“Yeni müqaviləmizin uğurlu olacağına ümid edirəm. Ötən ilin ortalarında “Qəbələ” klubu ilə danışıqlar apardıq. Müəyyən müzakirələrdən sonra razılığa gəldik. İnanıram ki, yaxşı iş birliyi alınacaq. İstəyirəm ki, uşaqlarda futbola sevgi yaransın. Çünki çox yerlərdə futbolu sevənlər olsa da, məşğul ola bilməyiblər. Bu akademiyanı yaratmaqla çoxunun arzusunu reallaşdıra bilərik. Akademiyaya gələn uşaqlar da mənim adımı eşidib, daha həvəslə bu idman növünə maraq göstərsinlər”.


Xəbər xətti