Yığma komandamız İrandan qayıtdı - VİDEO + FOTOLAR

12:24 16 Mart 2017

İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kubokunda iştirak edən Azərbaycan yığması vətənə dönüb.

 

Sportarena.az xəbər verir ki, onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında həmkarları və AAAF TV əməkdaşları qarşılayıblar. Azərbaycan yığma komandası 2-ci Beynəlxalq Fəcr Kubokundan aktivində 3 böyük (hər üçü bürünc), həmçinin ayrı-ayrı hərəkətlərdə daha 4 kiçik (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 1 bürünc) medalla qayıdıb. Millimiz 465 xalla həm komanda, həm də toplam 7 medalla medal hesabında bu turnirdə 4-cü yeri tutub.

 

Komanda rəhbəri, gənclərdən ibarət milli yığmanın böyük məşqçisi Kərim Kərimli yarışla bağlı hisslərini bölüşüb. O, bildirib ki, turnir yüksək səviyyədə təşkil olunub, yüksək vəzifəli ağır atletika məmurları maraq göstərib. Rəqiblərin yetərincə güclü olduğunu qeyd edən mütəxəssis, Azərbaycan atletlərinin çıxışını müsbət qiymətləndirib. Kərimli deyib ki, əldə etdiyimiz 3 bürünc yaxşı nəticədir. Çünki cəmi 10 gün əvvəl keçirilən Azərbaycan çempionatında da çıxış etmiş bu ağır atletlərimiz, İrandakı Fəcr Kubokunda öz nəticələrini 5-10 kq, hətta daha çox artırıblar ki, bu da bizi sevindirməyə bilməz.

 

Medalçılar Ruslan Rzazadə, Allahya Abışov və Sənan Mirzəyev də əldə etdikləri bürüncə görə şad olduqlarını, belə nüfuzlu turnirdə əldə etdikləri uğurun davamını digər beynəlxalq yarışlarda gətirəcəklərinə inandıqlarını bildiriblər.

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti