"Müharibəni dayandırın!" - Messi - MÜRACİƏT

14:28 16 Mart 2017

“Barselona”nın futbolçusu Lionel Messi Suriyada gedən müharibə ilə bağlı müraciət yayıb.

 

Sportarena.az xəbər verir ki, UNICEF-in də səfiri olan Messi Suriyada gedən müharibədə uşaqların zərə çəkməsinə diqqət yönəldib. O, uşaqların üzləşdiyi duruma görə ürəyinin parçalandığını vurğulayıb:

 

“Hətta müharibənin bir gün olması da çox böyük müddətdi. Suriyadakı uşaqlar isə 6 ildi zorakılığın, şiddətin qurbanıdırlar. Bir ata, UNİCEF-in səfiri kimi mənim ürəyim parçalanıb. Müharibənin dayandırılması üçün bütün səylərinizi səfərbər edin”.


Xəbər xətti