Çempionlar Liqasının püşkü nə vaxt atılacaq?

15:25 16 Mart 2017

Ötən gecə keçirilən qarşılaşmalardan sonra Çempionlar Liqasında bütün 1/4 finala yüksələn komandaların adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi martın 17-də keçiriləcək. Tədbir Bakı vaxtı ilə 15:00-da start götürəcək. 1/4 finalın ilk oyunu 11-12 aprel, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

 

Avropa Liqasının 1/4 final mərhələsinin də püşkü sabah atılacaq. Bu mərasim 16:00-da başlayacaq.

 

Qeyd edək ki, ÇL-də 1/4 finala yüksələn komandalar "Real", "Bavariya", "Barselona", "Borussiya" (Dortmund), "Yuventus", "Lester". "Atletiko" və "Monako"dur. Avropa Liqasında isə bu gün baş tutacaq oyunlardan sonra növbəti mərhələnin sakinləri müəyyənləşəcək.


Xəbər xətti