"Qarabağ"ın futbolçusu milliyə çağırıldı

16:35 16 Mart 2017

Bosniya və Herseqovina millisinin DÇ-2018-in seçmə mərhələsində Cəbəllütariqə və yoldaşlıq matçında Albaniyaya qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.


Sportarena.az xəbər verir ki, baş məşqçi Mehmet Bazdareviç 23 futbolçuya dəvət göndərib. Onlar  arasında "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də adı var.


Qeyd edək ki, Bosniya və Herseqovina  Cəbəllütariqlə martın 25-də, Albaniya ilə  martın 28-də qarşılaşacaq.


Xəbər xətti