Sportarena.az
12 Dekabr 2017

"Zirə" məktəblilərlə görüşdü - FOTOLAR

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov, futbolçulardan kapitan Elvin Məmmədov, Kamal Bayramov, Yovan Krneta, Viktor İqbekoyi, Anar Nəzirov və Riçard Qadze Zirə qəsəbəsində yerləşən Ziya Ağayev adına 241 nömrəli tam orta məktəbdə görüş keçirib. 


Sportarena.az xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird heyəti, həmçinin bəzi fəal azarkeşlər iştirak ediblər. Əvvəlcə çıxış edən məktəb direktoru Eldəniz Cabarov komandamızın heyətini təqdim edib. Ardından baş məşqçi Ayxan Abbasov söz alıb. Mütəxəssis yerli uşaqları futbola cəlb etmək üçün görüləcək işlərdən danışıb. Ayxan müəllim gələcəkdə istedadlı uşaqları üzə çıxarmaq və qəsəbədə futbolun təbliğatına təkan vermək məqsədi ilə məktəblilər arasında yarışların təşkil edilməsinin vacibliyini önə çəkib. Bundan sonra isə müəllim və şagirdlərlə komanda üzvləri arasında səmimi söhbət olub.

 

Məktəblilər öz istəklərini dilə gətirməklə yanaşı, qarşıdakı “Qarabağ”la oyunda "qartalar"a uğurlar arzulayaraq, stadiona gəlib dəstək olacaqlarını deyiblər.

 

 

 

 

Tarix
16.03.17 [18:35]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

12 Dekabr
11 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio