"Kəpəz" Gəncədəki oyuna Bakıda hazırlaşır

10:12 17 Mart 2017

Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "Zirə” ilə keçirilən oyundan (1:0) sonra bir gün istirahət edən "Kəpəz”in üzvləri dünən məşqləri bərpa edib.
 
 
Sportarena.az xəbər verir ki, komanda qarşıdakı turda görüşəcəyi "Sumqayıt”la oyuna Bakıda hazırlaşır. "Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edir. "Kəpəz”in bu günə olan məşqi isə saat 15:00-a təyin olunub.
 
 
Hazırlıq planına əsasən, komanda oyun öncəsi sonuncu məşqini martın 17-də saat 16:00-da Gəncə şəhər stadionunda keçirəcək.
 
 
Qeyd edək ki, Gəncə təmsilçisinin heyətində zədəli futbolçu yoxdur.


Xəbər xətti