Prosineçki millinin heyətini açıqladı - Heyətdə dəyişikliklər var - AÇIQLAMA

16:31 17 Mart 2017

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki almanlarla görüşə "Jilina"da (Slovakiya) forma geyinən Ramil Şeydayeyi, həmçinin Ukrayna "Stal"ından Pavel Paşayevi də çağırıb. “Ayntraxt”ın forvardı Renat Dadaşov ilk dəfə millimizə dəvət alıbsa, Qətərlə yoxlama görüşündə iştirak edən Rauf Əliyev siyahıya düşməyib.

 

Kamran Ağayev - Boavişta (Portuqaliya)
Anar Nəzirov - Zirə
Aqil Məmmədov - AZAL
Tərlan Quliyev - İnter
Bədavi Hüseynov - Qarabağ
Rəşad Sadıqov - Qarabağ
Maksim Medvedev - Qarabağ
Pavel Paşayev - Stal (Ukrayna)
Məhəmməd Mirzəbəyov - Qəbələ
Ürfan Abbasov - Qəbələ
Ruslan Abışov - Neftçi
Rahid Əmirquliyev - Qarabağ
Qara Qarayev - Qarabağ
Dmitri Nazarov - Aue (Almanya)
Eddi İsrafilov - Kadis (İspaniya)
Emin Mahmudov - Boavişta (Portuqaliya)
Elvin Məmmədov - Zirə
Cavid Hüseynov - Qəbələ
Araz Abdullayev - Qəbələ
Əfran İsmayılov - Qarabağ
Ağabala Ramazanov - Qarabağ
Ruslan Qurbanov - Qəbələ
Namiq Ələsgərov - Neftçi
Ramil Şeydayev - Jilina (Slovakiya)
Renat Dadaşov - Ayntraxt (Almanya)
Dəniz Yılmaz - Bursaspor (Türkiyə)


Digər xəbərlər

Xəbər xətti