"Bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik” - Şəhriyar Əliyev - AÇIQLAMA

17:03 17 Mart 2017

Azərbaycan Premyer Liqasının 23-cü turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, bu oyunla bağlı Gəncə təmsilçisinin müdafiəçisi Şəhriyar Əliyev klubun saytına açıqlama verib:

 

“Sonuncu oyunumuzla qarşıdakı matç arasında vaxt az olsa da, yaxşı hazırlaşmışıq. Əslində, bütün görüşlərə eyni formada məşq edirik, sadəcə, “Zirə”ylə oyuna kimi bəxtimiz gətirmirdi.

“Sumqayıt”a qarşı görüşdə 3 xal qazanmağa çalışacağıq, məqsədimiz qələbədi. Qarşımızda duran əsas vəzifə xal ehtiyatımızı artırmaqla turnir cədvəlində yerimizi yuxarıya doğru dəyişməkdi. Həm də Novruz öncəsi olduğundan, bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik”.


Xəbər xətti