"Azərbaycan millisinin asan rəqib olmadığını bilirik" - Löv - AÇIQLAMA

18:31 17 Mart 2017

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə martın 26-da keçirəcəkləri oyun fikirlərini bildirib. 
 
 
Sportarena.az xəbət verir ki, o, Almaniya Futbol İttifaqının saytına danışıb. Alman mütəxəssis millimizin asan rəqib olmadığını vurğulayıb:
 
 
"Bizim məqsədimiz DÇ-2018-in final mərhələsinə vəsiqəni mümkün qədər tez qazanmaqdır. Biz doğru yoldayıq və hədəfimizə çatmaq üçün inamla irəliləməliyik. Bakıda xal itirməməliyik. Azərbaycan millisinin asan rəqib olmadığını bilirik. Onlar Norveçi məğlub etməyə bacarıb. Ammə mən öz futbolçularıma inanıram. Bilirəm ki, doğru qərarlar tapmaq üçün imkanlara malikik. Öz oyunumuzu sərgilədikdə güclü təsir bağışlayırıq”.


Digər xəbərlər

Xəbər xətti