"Avropa Liqasına vəsiqə qazanmaq üçün xal lazımdı" - Şahin Diniyev - AÇIQLAMA

11:37 18 Mart 2017

Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sumqayıt” ilə görüşəcək “Kəpəz” oyuna hazırlığını başa vurub.

 

Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev matç öncəsi klubun saytına fikirlərini bölüşüb:

 

“Hər bir oyun bizim üçün final matçına bərabərdi. Ona görə də “Sumqayıt” ilə görüşümüz çətin olacaq. Rəqib yaxşı komandadı. Həm onlara, həm də bizə Avropa Liqasına vəsiqə qazanmaq üçün xal lazımdı. Bu üzdən xal itirməməliyik. Futbolçular meydana çıxıb maksimum güclərini qoymalı və son nəticədə qələbə qazanmalıyıq. Bilirik ki, bu da çox çətin olacaq. Çünki dediyim kimi “Sumqayıt” da bura o məqsədlə gəlib. Güzəştsiz mübarizə olacaq”.  


Digər xəbərlər

Xəbər xətti