"Mançester Siti"dən şok qərar - Transfer büdcəsinə nə qədər pul ayrıldı?

15:37 18 Mart 2017

Mançester Siti rəhbərliyi komandanın çempionlar liqasına erkən vidalaşmasından narazı qalıb.

 

Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən klubdaxili iclasda yayda transferlərə 200 milyon funt xərc ayrılması qərara alınıb. Baş məşqçi Pep Qvardiola müdafiə xəttini tamamilə yeniləmək istədiyir. Ona görə də transfer büdcəsinin yarısından çoxu müdafiəçi transferlərinə xərclənəcəyi proqnozlaşdırılır.

 

Eyni zamanda, Qvardiola "Bavariya"nın qapıçısı Manuel Noyeri də komandasında görmək istədiyini klub rəhbərliyini bildirib.


Xəbər xətti