"Neftçi" yubileyini qeyd edir

15:56 18 Mart 2017

Bu gün Azərbaycan futbolunda özünə məxsus yeri olan "Neftçi" yubileyini - 80 illiyini qeyd edir.

 

Sportarena.az xəbər verir ki, Flaqman məhz 1937-ci ilin martın 18-də təsis edilib. Sovet dönəmində xalq komadası adlandırılan "Neftçi" bu gün də ölkə futbolunda xüsusi çəkiyə sahibdi. Ölkənin ən titullu klubu olan "ağ-qaralar" futbolumuzda bir sıra ilklərə imza atıb ki, onlardan ən yadda qalanı Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasıdı.

 

"Neftçi" rəhbərliyi klubun 80 illiyinə həssaslıqla yanaşır. Bu günlərdə yubiley münasibəti ilə silsilə tədbirlər planlaşdırılır. Eyni zamanda, bu gün saat 19:37-də Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "İnter"lə qarşılaşacaq "ağ-qaralar" azarkeşlərinə bir sıra sürprizlər hazırlayıb. Yubiley ilində isə klubun yeni bazasının istifadəyə veriləcəyi gözlənilir.


Xəbər xətti