Ronaldo yenə Zidana etiraz etdi - Bu dəfə söyüşlə

14:06 19 Mart 2017

Madridin “Real” klubunun futbolçusu Kristiano Ronaldo komandanın baş məşqçisi Zinəddin Zidanı təhqir edib.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu, La Liqanın 27-ci turunda “Atletik”lə səfər oyununda baş verib. Belə ki, fransalı baş məşqçi ikinci hissədə zəif çıxış edən Ronaldonu oyunun 79-cu dəqiqəsində İsko ilə əvəzləyib. Portuqaliyalı futbolçu buna etiraz olaraq Zidanı təhqir etdiyi, məşqçinin ünvanına söyüşlər söydüyü iddia edilir.

 

Qeyd edək ki, ötən mövsüm də bu hərəkəti ilə gündəmə gəlmişdi. O, “Las Palmas”la oyunda əvəzləndiyinə görə mütəxəssisə etirazını etmişdi.


Digər xəbərlər

Xəbər xətti