Nazarov qol vurdu, komandası 1 xalla kifayətləndi

19:52 19 Mart 2017

Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Bohum”la üz-üzə gəlib. Nazarovun start heyində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. Millimizin üzvü oyunun 11-ci dəqiqəsində penaltidən rəqib qapısına yol tapıb.

 

Qeyd edək ki, 25 oyundan sonra 23 xala malik “Aue” sondan ikinci, 17-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti