Budaq Nəsirov oynamadı, "Sportinq" qələbə qazandı

11:46 20 Mart 2017

Portuqaliya Sequndasında 33-cü turun oyunları keçirilib. 

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in B komandası səfərdə "Freamunde" ilə qarşılaşıb. Oyun Lissabon təmsilçisinin 2:0 hesablı qələbəsiylə nəticələnib. U-21 millimizə dəvət alan Nəsirovun adı bu matçın iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, 33 oyundan sonra hesabında 43 xal olan "Sportinq B" 22 komanda arasında 12-ci pillədə qərarlaşıb.


Xəbər xətti