"Narahat olmalı deyilik” - Dmitri Nazarov - AÇIQLAMA

10:27 22 Mart 2017

“Dünya çempionu Azərbaycana gəlir. Bu, bizim ölkəmiz üçün bayramdır. Hamı bizim kimi bu oyunu səbirsizliklə gözləyir”.
 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib. DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə görüş haqda danışan yarımmüdafiəçi matçın çətin olacağını, ancaq narahatlığa əsas olmadığını bildirib:

 

“Əlbəttə, Almaniyaya qarşı oynamaq çətindir. Ancaq hər şey ola bilər. Biz İtaliya və Xorvatiya kimi millilərə qarşı yaxşı oyun sərgiləmişik. Ona görə də narahat olmalı deyilik”.


Qeyd edək ki, Almaniya  - Azərbaycan oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti