Şvaynştayger ABŞ klubuna keçdi - MY açıqladı

11:19 22 Mart 2017

"Mançester Yunatted"in futbolçusu Bastian Şvaynştayger ABŞ-ın "Çikago Fayrs" klubuna keçib.
 
 
Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəsmi saytı almaniyalı yarımmüdafiəçinin MLS təmsilçisi ilə 1+1 illik müqavilənin bağlayacağını yazıb. 32 yaşlı oyunçunun illik əmək haqqısı 4,5 milyon dollar təşkil edəcək.
 
 
Qeyd edək ki, Şvaynştayger bu mövsüm İngiltətə Premyer Liqasında heç bir oyuna çıxmayıb. Avropa Liqası və ölkə kubokunun hərəsində bir görüşdə forma geyinib.


Digər xəbərlər

Xəbər xətti