Löv itkiləri açıqladı - Kimlər Bakıya gəlməyəcək?

12:55 22 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində martın 26-da millimizin qonağı olacaq Almaniya yığmasının heyətində ciddi itkilər var.

 

Sportarena.az xəbər verir ki, Bundestimin aparıcı futbolçuları Manuel Noyer, Məsut Özil, Yulian Draksler və Mario Qomes zədədən əziyyət çəkir.

 

Bunu almanların baş məşqçisi Yoahim Löv bu gün keçirdiyi mətbuat konfransında bildirib. Noyer millinin düşərgəsindən uzaq düşübsə, digər 3 futbolçu İngiltərəyə qarşı oynamayacaq: Löv onu da əlavə edib ki, sözügedən futbolçuların hansı müddətə sıraya dönəcəkləri bəlli deyil. Onların durumu ciddi olsa, Azərbaycana qarşı oyunu da buraxmaq ehtimalları var.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti