"Neftçi"nin daha bir futbolçusu zədələndi - Millidən uzaq qaldı

15:48 22 Mart 2017

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi itki ilə üzləşib.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fəhmin Muradbəyli yığmanın düşərgəsini tərk edib. Buna səbəb “Neftçi”nin yarımmüdafiəçisinin təlim-məşq toplanışına zədəli qoşulmasıdı. Fəhmin həkim müayinəsindən sonra yığmanın düşərgəsindən ayrılıb.

 

Qeyd edək ki, “Neftçi”nin digər oyunçuları Ruslan Abışov və Namiq Ələsgərov da eyni səbəbdən əsas yığmadan ayrılıblar.


Digər xəbərlər

Xəbər xətti