"Yenidən milliyə dəvət alacam" - Erat - AÇIQLAMA

16:29 22 Mart 2017

Azərbaycan millisinin və Almaniya III Bundesliqasında mübarizə aparan "Duysburq"un yarımmüdafiəçisi Tuğrul Erat açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, son zamanlar milliyə dəvət almayan Erat yığmaya dəvət alacağına inandığını bildirib:

 

"Öz klubunda daha çox oynasan, millinin məşqçisinin diqqətini cəlb edə bilərsən. Almaniya ilə oyuna çağırılmadığım üçün ruhdan düşmürəm. Çünki cavab oyunu da var. Ümid edirəm ki, oktyabrda keçiriləcək oyunda yaxşı formada olacam və yenidən milliyə dəvət alacam".

 

Qeyd edək ki, 24 yaşlı futbolçu millimizdə 3 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti