"Qarabağ"ın qələbə seriyası qırıldı

18:25 22 Mart 2017

“Qarabağ”ın “Zirə”ylə oyunlardakı qələbə seriyası qırılıb.

 

Sportarena.az xəbər verir ki, son 5 matçda rəqibini məğlub edən Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının 23-cü turunun səfər matçında 1 xalla kifayətlənib - 0:0. Qurban Qurbanovun yetirmələrinin “Zirə”ylə matçlardakı son xal itkisi 2015-ci il dekabrın 13-də qeydə alınmışdı. Həmin vaxt da qarşılaşma qolsuz bitmişdi. 462 gündən sonra məğlubiyyət seriyasını qıran “Zirə” rəqibini “5”-də saxlayıb.

 

“Qarabağ”ın tarixində eyni rəqiblə oyunlarda daha uzun qələbə seriyaları da var. Ağdam klubu MOİK-i ardıcıl 12, “Turan”ı ardıcıl 9 dəfə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti