"Osmanlıspor"da yeni baş məşqçi

21:40 22 Mart 2017

Türkiyənin Super Liqa klublarından “Osmanlıspor”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mustafa Reşit Akçayın baş məşqçi postundan uzaqlaşdırılmasından sonra “sükan arxasına” Hamza Hamzaoğlu gətirilib. Türkiyə mətbuatının yazdığına görə, “Osmanlıspor” Hamzaoğlu ilə 1,5 illik müqavilə bağlayıb.

 

Hamzaoğlunun Super Liqada çalışdığı sonuncu klub millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” olmuşdu.


Xəbər xətti