Almaniya millisində biri zədələndi, ikisi məşqlərə qoşulur

10:50 23 Mart 2017

Almaniya millisi növbəti itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb Timo Vernerin zədələnməsidi. İngiltərə ilə dünən keçirilən yoxlama oyununda debüt edən hücumçu 1:0 hesablı qələbəyə sevinsə də, meydandan zədə üzündən ayrılıb. 77-ci dəqiqədə əvəzlənən futbolçunun düşərgədən ayrılmasına qərar verilib.

 

Əvəzində İngiltərəyə qarşı oynaya bilməyən Məsut Özil və Mario Qomes bu gün məşqlərə qoşulacaq. Sami Xedira və Yulian Drekslerin durumuna bu gün aydınlıq gələcək.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan - Almaniya oyunu martın 26-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti