Arda "Arsenal"ın hədəfində

15:27 23 Mart 2017

İngiltərənin “Arsenal” klubu “Barselona”nın futbolçusu Arda Turanı heyətinə cəlb etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, London təmsilçisi yayda türkiyəli yarımmüdafiəçini transfer etməyi planlaşdırır. “Topçular” 30 yaşlı futbolçu üçün “Barsa”ya 25 milyon funt sterlinq ödəməyə hazırdır.
 

Qeyd edək ki, “Barselona” ilə müqaviləsi 2020-ci ildə başa çatacaq Arda Turan Kataloniya klubundan ayrılmağı düşünmədiyini açıqlayıb.


Xəbər xətti