"Bavariya" - "Real" oyunu üçün 200 min müraciət

15:47 23 Mart 2017

Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək "Bavariya" - "Real" qarşılaşmasına maraq, gözlənildiyi kimi, çox böyükdür.

 

Sportarena.az xəbər verir ki, Münhen klubuna oyuna bilet almaq üçün 200 min müraciət daxil olub. Müraciətləri təmin olunan azarkeşlərin hər birinə 35 -180 avro dəyərində iki bilet satılıb. "Bavariya" qonaqların azarkeşləri üçün 2800 bilet ayırıb.

 

"Santyaqo Bernabeu"da baş tutacaq cavab görüşünə biletlərin qiyməti isə 80 avrodan başlayacaq.


Digər xəbərlər

Xəbər xətti