Droqba ikinci liqa klubunda

18:20 23 Mart 2017

Didye Droqbanın yeni klubunun adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Fil Dişi Sahili millisinin sabiq üzvü karyerasını ABŞ-da davam etdirəcək. “Montreal İmpakt”dan ayrıldıqdan sonra işsiz qalan hücumçu ABŞ ikinci liqasında çıxış edən “Finiks Risinq” klubu ilə anlaşıb.

 

Qeyd edək ki, Fransada "Le Man" və "Genqam" klublarında çıxış etmiş hücumçu  2004-cü ildə "Marsel"dən "Çelsi"yə 38,5 milyon avroya transfer olunub. O, sonrakı illərdə Çinin "Şanxay Şenxua", Türkiyənin "Qalatasaray" və ABŞ-ın "Montreal İmpakt" klublarında top qovub. 


Xəbər xətti