Lempardın evinə oğru girdi - AÇIQLAMA

22:47 23 Mart 2017

İngiltərə millisinin sabiq futbolçusu Frank Lampardın evinə oğru girib.

 

Sportarena.az xəbər verir ki, həmin evdə futbolçunun valideynləri yaşayırmış. Onlar evi ələk-vələk edib, əşyaları dağıtdıqdan sonra aradan çıxıblar. Lampard özü də bu barədə təəssüflə danışıb:

 

"Evdə toxunmadıqları yer qalmamışdı. Hər şeyi dağıtmışdılar. Görünür, külli miqdarda pul və zinyət əşyaları axtarırlmışlar. Yerə atılmış bir-iki qiymətli əşya var idi, amma onları götürməmişdilər. Görünür, daha bahalı nəsə axtarırmışlar".



Qeyd edək ki, 2005-ci ildə də Lampard soyğuna məruz qalmışdı. Həmin vaxt oğrular onun kolleksiyasından izmalı topları, formaları və "Aston Martin", "Mersedes" markalı maşınlarını aparmışdılar.


Digər xəbərlər

Xəbər xətti