AFFA "Zirə"ni cərimələdi

13:00 24 Mart 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Zirə” - “Qarabağ” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində “Zirə”nin futbolçusu Akim Latifu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 23-cü turunun “Neftçi” - “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 23-cü turunun AZAL - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti