"Lion"dan gözlənilməz addım - "Türkiyəyə getməyin"

13:55 24 Mart 2017

Avropa Liqasının 1/4 final mərhələsində “Beşiktaş”la qarşılaşacaq “Lion” azarkeşlərini İstanbulda keçiriləcək cavab oyununa getməməyə çağırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb. “Lion” klubunun bu addımı atmasına səbəb kimi İstanbulda təhlükəsizliklə bağlı nöqsanlar əsas görstərilir. Belə ki, klub ötən il, dekabrın 10-da “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Vodafon Arena”nın yaxınlığındakı partlayışı əsas gətirərək, azarkeşlərinə İstanbula getməməyi tövsiyə edib.

 

Qeyd edək ki, “Beşiktaş” və “Lion” arasında ilk oyun aprelin 13-də Lionda, cavab oyunu isə aprelin 20-də İstanbulda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti