"Arsenal"da ciddi itki

16:24 24 Mart 2017

“Arsenal” ciddi itki ilə üzləşib. 

 

Sportarena.az xəbər verir ki, London klubunun əsas qapıçısı Petr Çex sıradan çıxıb. Təcrübəli qolkiper İngiltərə Premyer Liqasının sonuncu turunda “Vest Bromviç”ə qarşı keçirilən oyunda (1:3) zədə alıb.

 

Bu səbəbdən də Çex növbəti turda “Mançester Siti”yə qarşı keçiriləcək görüşdə meydana çıxa bilməyəcək. Təcrübəli qolkiperin nə vaxt sıraya dönəcəyi məlum deyil.


Digər xəbərlər

Xəbər xətti