"Barselona" "Real"ın futbolçusu ilə danışıqlar aparır - AÇIQLAMA

17:05 24 Mart 2017

FİFA agenti Xota Xordi "Real"lın futbolçusu İskonun "Barselona" ilə danışıqlar apardığı barədə yayılan xəbərləri təsdiq edib.

 

Sportarena.az xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında bunları deyib:

 

"Barselona İsko ilə danışıqlar aparıb. O , həmişə katalon klubunda oynamaq istəyib. İndi isə bunun üçün gözəl imkan yaranıb. Lakin bu elə də asan başa gələn transfer deyil".

 

"El Chiringuito" telekanalının məlumatına görə isə tərəflər arasında danışıqlar artıq 20 gündür ki, davam edir. Yarımmüdafiəçi ilə "Yuventus" da yaxından maraqlanır.


Digər xəbərlər

Xəbər xətti