"Məni yığmaya niyə dəvət etməyib?" - AÇIQLAMA

18:25 24 Mart 2017

Fransa yığmasının baş məşqçisi Didye Deşam “Real”ın futbolçusu Kərim Benzemaya dəvət göndərməyib.

 

Sportarena.az xəbər verir ki, Deşamın bu qərarı Kərimə pis təsir edib. O, mətbuata verdiyi açıqlamada Deşamdan nəyə görə yığmaya çağırılmadığı ilə bağlı izahat tələb edib:

 

“Bu, çox ağır və xoş olmayan haldı. Milliyə dəvət almadığıma görə çox pis olmuşam. Mənim üçün Fransanın şərəfini qorumaq həmişə önəmli məsələ olub. “Real”da oynayan bir futbolçunun dəvət almaması pis nümunədi. Deşam nə Avropa çempionatına qədər, nə də ondan sonra mənə heç nə deməyib. Ona görə də, ondan izahat tələb edirəm, açıqlama versin, görək məni yığmaya niyə dəvət etməyib. Milli komandada çıxış etmək istəyirəm. Hələ gəncəm və iddialarım böyükdü. Son 8 ildə Madriddə etdiklərim bunun sübutudu”.

 

Qeyd edək ki, Benzema Fransa yığmasında 81 oyun keçirib, 27 qol vurub. O, Fransa millisinin üzvü Matyu Valbuenayla yaşadığı münaqişə ucbatından yığmaya dəvət edilmir.


Digər xəbərlər

Xəbər xətti