Yığmamız beşinci yer uğrunda mübarizə aparacaq

12:31 25 Mart 2017

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil olunmuş "Kuban baharı” turnirində bu gün Krasnodar vilayətinin yığma komandası ilə qarşılaşıb.
 
 
Sportarena.az xəbər verir ki, qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızdan qolları Merve Özdemir və Vüsalə Seyfətdinova vurub.
 
 
Bu qələbədən sonra Azərbaycan millisi 5-ci yer uğrunda görüşə vəsiqə qazanıb. Komandamızın son rəqibi Rumıniya olacaq. 

 


Digər xəbərlər

Xəbər xətti