"İnkişaf edən komandalara hörmət etmək məcburiyyətindəsən" - Tomas Müller - AÇIQLAMA

14:54 25 Mart 2017

“Özümüzü çox güclü və ya zəif rəqib hesab etmək bizə başucalığı gətirməz”.

 

Sportarena.az xəbər verir ki, bu sözlər Almaniya millisinin üzvü Tomas Müllerə məxsusdur. Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində yığmamızın qonağı olacaq. Matçla bağlı ölkəsinin mətbuatına açıqlama verən “Bavariya”nın  futbolçusu fikirlərini bildirib:

 

“Futbolda inkişaf edən komandalara qarşı diqqətli olmaq və onlara hörmət etmək məcburiyyətindəsən. Bizim sonuncu dünya çempionu olmağımız qalib gəlməyimiz anlamına gəlməməlidir. İndi qələbəni adla deyil, meydandakı mübarizə ilə qazanırsan. Hər oyuna olduğu kimi, Azərbaycanla oyunda da ciddi hazırlaşmışıq. Almaniyaya qələbə ilə qayıtmağa çalışacağıq”.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti