Zenyov oynadı, Estoniya 1 xalla kifayətləndi

10:17 26 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində Estoniya Kiprin qonağı olub. 

 

Sportarena.az xəbər verir ki, görüş qolsuz bərabərliklə başa çatıb. “Qəbələ”nin estoniyalı hücumçusu Sergey Zenyov bu matçda forma şansı qazanıb. Oyuna start heyətində başlayan Zenyov 79-cu dəqiqədə Toometlə əvəzlənib.

 

Qeyd edək ki, 5 oyundan sonra hesabında 4 xal olan Estoniya millisi qrupda 6 komanda arasında 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti