Almanlar millimizə 4 qolla qalib gəldi - YENİLƏNİB

21:50 26 Mart 2017

Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxacaq.
 

Sportarena.az xəbər verir ki, yığmamız qrupun lideri olan Almaniya millisini qəbul edəcək. Cari mövsüm qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar uğurlu seriyanı davam etdirmək istəyirlər. Futbolçularımız isə rəqibə layiqli müqavimət göstərmək niyətindədilər. Eyni zamanda, millimiz cari seçmə mərhələdə növbəti dəfə sürpriz etmək arzusundadır. 

 


DÇ-2018-in seçmə mərhələsi, 5-ci tur
26 mart
C qrupu 
20:00 Azərbaycan - Almaniya 1:4

Qol: D.Nazarov, 31 - A.Şürle, 18; 80. T.Müller, 35. M.Qomes, 45.

Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Ramil Şeydayev, 22. Əfran İsmayılov.

Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Aqil Məmmədov (q), 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Dəniz Yılmaz, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev.

Baş məşqçi: Robert Prosineçki.

Almaniya: 12. Bernd Leno (q), 3. Conas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Xedira (k), 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Andre Şürrle, 13. Tomas Müller, 18. Coşua Kimmix, 23. Mario Qomes.

Ehtiyat oyunçular: 1. Kevin Trapp (q), 22. Mark-Andre ter Ştegen (q), 2. Şkodran Mustafi, 10. Məsut Özil, 14. Emre Can, 16. Antonio Rüdiqer, 17. Niklas Süle, 19. Leroy Sane, 20. Yulian Brandt, 21. Sebastian Rudi.

Baş məşqçi: Yoahim Löv. 

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


Digər xəbərlər

Xəbər xətti