"Hücumçu qol vursun ki..." - Ramil Şeydayev - AÇIQLAMA

01:18 27 Mart 2017

“Çox yaxşı oynadıq. Öz oyunumuzu bəyəndim”.

 

Sportarena.az xəbər verir ki, bu sözlər millimizin futbolçusu Ramil Şeydayevə məxsusdur.

 

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində öz meydanında Almaniyaya uduzub – 1:4. Maçtdan sonra jurnalistlərə açıqlama verən Şeydayev fikirlərini bildirib:

 

“Almaniya elə komandadır ki, onlara qarşı səhv etməməlisən. Məğlubiyyətə baxmayaraq, yaxşı oynadığımızı düşünürəm.Təssüf ki, məğlub olduq. Qol vurmadığım üçün narazı idim. Gərək hücumçu qol vursun ki, komandası da qələbə qazansın. Amma bu, məndə alınmadı. Azarkeşlərə təşəkkür edirəm ki, bizə belə dəstək verdilər. Çox təəssüf ki, meydandan məğlubiyyətlə ayrıldıq”.

 

 

Ramil qeyd edib ki, Bakıda Şimali İrlandiya millisindən xal ala bilərlər:

 

“Əgər Almaniyaya qarşı oynadığımız kimi oynasaq, yaxşı nəticə qazana bilərik.Belə davam etsək, Şimali İrlandiya, Norveç və San Marinonu öz meydanımızda üstələyə bilərik”.


Digər xəbərlər

Xəbər xətti