Millimiz Estoniyaya 5 qolla qalib gəldi

11:03 27 Mart 2017

Estoniyanın paytaxtı Tallinndə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. 
 

Sportarena.az xəbər verir ki, Estoniyanın U-19 komandası ilə qarşılaşan millimiz 5:2 hesabı ilə qalib gəlib. Bahadur Həziyevin dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Elçin Əsədov, Fərid Nəbiyev və Əli Sadıqov fərqlənib.

 

Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilən yoldaşlıq görüşündə hesab açılmamışdı.


Xəbər xətti