"Təcrübə qələbə qazanmağımıza yardım etdi” - Hummels - AÇIQLAMA

13:13 27 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində Bakıda millimizi 4:1 hesabıyla məğlub edən Almaniya yığmasının müdafiəçisi Mats Hummels oyundan sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, müdafiəçi nəticədə komandalar arasındakı ustalıq səviyyəsinin əsas rol oynadığını deyib:

 

“Biz Azərbaycandan üstün komandayıq. Bu da nəticəyə öz təsirini göstərdi. Düzdü, səviyyə baxımından rəqibimizi qabaqlayırdıq. Lakin Azərbaycan yığması da pis təsir bağışlamadı. İstədiyimiz oyunu sərgiləyə bilmədik, çətinlik çəkdik. Təcrübə və səviyyə fərqi qələbə qazanmağımıza yardım etdi”.


Digər xəbərlər

Xəbər xətti