"Şimali İrlandiya Bakıda çətin sınaq qarşısında olacaq" - Çexiyanın baş məşqçisi - AÇIQLAMA

14:59 27 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində millimizin də yer aldığı C qrupunda səfərdə San Marinonu darmadağın edən (6:0) Çexiya millisinin baş məşqçisi Karel Yarolim oyunla bağlı fikirlərini bildirib:

 

Sportarena.az xəbər verir ki, Yarolim San Marino yığmasının həvəskar komanda olması fikriylə razılaşmadığını deyib:

 

“Futbolçularım qələbə üçün ac idilər. Vacib 3 xal qazandıq. İkinci pilləni ələ keçirmək üçün yaxşı imkanımız var. Rəqibimizin həvəskar komanda olması fikriylə razılaşmıram. Dünya futbolunda sürpriz nəticələr qeydə alınır. San Marino hava toplarında təhlükəlidi və biz bunu bilirdik. Məsələn, Azərbaycan San Marinonu çox çətinliklə, 1:0 hesabıyla məğlub etmişdi. Norveç isə sona 10 dəqiqə qalmış qələbə topunu vurmağa nail olmuşdu. Rəqibə hörmətlə yanaşırdıq. Qrupda vəziyyət gərgindi. Bizi Norveçlə çətin səfər qarşılaşması gözləyir. Şimali İrlandiya isə Bakıda çətin sınaq qarşısında olacaq. Qalib gəlsək, qrup 2-cisi ola bilərik”.


Xəbər xətti